07/08/2017

Amerikaya gedərkən nələrə diqqət etmək lazımdır?


Pərvin Bəhramoğlu
ABŞ haqqında şəxsi fikirlərimi sizinlə bölüşürəm, bəlkə sizin üçün maraqlı məqamlar oldu.
İkinci dəfədir ki, Birləşmiş Ştatlardayam. Daha öncə 7 il əvvəl 3 ay Çikaqoda yaşamışam, indi isə 11 gün paytaxt Vaşinqtonda, 7 gün isə Seattle və New York şəhərlərində oldum.

Amerikaya gedərkən nələrə diqqət etmək lazımdır?
Amerika həqiqətən başqa bir dünyadır, orada çox şey fərqlidir.
Misal: ölçü vahidləri, Km (1)- Mile (0,62), temperature (selsi-franget), kiloqram (1)- funt(paund) və s


08/05/2017

Diktatura ölkəsinin sakinləri



Pərvin Bəhramoğlu
Elə hey tənqid edirik. Bəlkə qohum-qonşu da, özümüz də bezmişik bu tənqidlərdən. Çox vaxt da soruşurlar ki, nədən narazısan, nədir axı çatışmayan?
Siyasi və sosial problemlərdən əvvəllər bir neçə dəfə yazmışam. İndi çalışacam anormal olan davranışların bir neçəsini sizin diqqətinizə çatdırım. Beləliklə cəmiyyətimizdə rastlaşılan fiziki zorakılıqlardan bəhs edəcəm. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində uşağın döyülməsi normal hal hesab edilir. Hətta belə bir deyim də var “qızını döyməyən dizini döyər”. Övladını döyərkən valideyn onu hansı psixoloji travmalara məruz qoyduğunun fərqində də olmur.

06/03/2017

Səmimi sevgi, yoxsa sadəcə göstəriş?

Anar Rzalı
Bu yaxınlarda Berlində Rumun dostlardan biri gəldi ki, bəs otelimizə yaxın məsafədə maraqlı bir sərgi keçirilir. İlk baxışdan çox da həvəs göstərmədik. Lakin öyrənəndə ki, təşkilatçı Leyla Əliyevadı, atları yəhərləyib yola çıxdıq. Bəli, yanılmadız, prezidentimizin qızı Leyla Əliyevadan gedir söhbət. Balaca bir məkan idi. Təmtəraqlı bir şey də yox idi. Qapıda müəyyən tanış simalar görüb girdik içəri. Sərgi konkret olaraq nəsli tükənməkdə olan heyvanlara aid idi. Leyla xanımdan başqa müəlliflərin də maraqlı əsərləri var idi. Baxdıq feyziyab olduq. Bura kimi hər şey əladı. Hamınız deyə bilərsiz ki, əla təşəbbüsdür, burda nə varki?

05/03/2017

Nənəm ömrünü başa vurdu...

Pərvin Bəhramoğlu
Təxminən bir il öncə nənəm ömrünü başa vurdu. Son nəfəsini verəndən dərhal sonra orada olanlardan biri də mən idim. Demək olar mən çatanda cəmi 4-5 adam vardı və asta-asta qohum-qonşu gəlirdi. Saat təxminən günorta 1-2 radələri olardı. İnsanlar çoxaldıqca fərqli düşüncələr və təkliflər də artırdı. Hər rayonun və kəndin insanları müxtəlif  bir adətlə yaşayır, amma Bakı sakinlərinin əksəriyyəti rayondan, kənddən gəldiyi üçün fərqli adət və ənənələrin toqquşduğu bir məkana çevrilib. Ziddiyyətli fikirlər təxmini belə idi, bir qrup adam dəfnin həmin gün olmasını, digəri isə sabaha qalmasını istəyirdi. Mən də həmin gün dəfn olunmasını istəyənlərin arasında idim. Qonşudan gələn bir xanım deyir gün batandan sonra dəfn etmək olmaz. Hay salıb ki, televizor və saatın üstünü bağlayın, mən də deyirəm bəsdirin görək, saatın üstünü day niyə?

25/02/2017

Şəhid olmaq belə gözəl şey olsaydı, indi o da monapoliyada olardı.

Anar Rzalı
"Torpaq uğrunda ölən varsa vətənmiş". 
Belə gic-gic, içində müharibə, aqressiya olan ifadələr də ancaq türk xalqlarından çıxar. Torpaq kimdi, nədi? Hardadı onun müqəddəsliyi? Sizə bir söz deyim? Torpaq elə üzərində insan yaşayır deyə dəyərlidir. İnsan övladı orada məskən salmasaydı kimə lazımdı o mənasız ərazilər? 
Dünya yaranandan ta indiyə kimi kainatın ən dəyərli varlığı insan olub və olacaq da.

21/02/2017

Bal arısı haqqında nə bilirik?

Pərvin Bəhramoğlu
Gözümü açandan bizim ailə arı saxlayıb, babam və əmim bu işlə daha peşəkar səviyyədə məşğul olub. Mən də zaman-zaman arı haqda öyrənmişəm və bəzən onlara məhz mən baxmışam. Bir arı ailəsi sanki dövlətə bənzəyir və buna görə də əvvəlki bilgilərimə və internetdən topladığım məlumatlara əsasən bu yazını yazıram. Arının iş prinsipini bilmək çox maraqlı və düşündürücüdür.

09/01/2017

Dar düşüncələrin hündür hasarları: 2-ci yazı

Pərvin Bəhramoğlu

Mən də daxil bir çoxu insanlar xalqı tənqid edir, amma araşdırmaq lazımdır ki, niyə bu xalq belədir.
Niyə biz inkişaf edə bilmirik və milli dərketmə problemləri var?
İlk öncə dini faktora toxumaq istəyirəm.
İslam dini şərq təfəkkürünün məhsuludur. Bir neçə din dəyişən və sonda islamlaşan bir cəmiyyətdə bir zamanlar Sovetlər tərəfindən ateizm təbliğ edildi. Bütün bunlar insanların düşüncəsində bir xaos və nizamsızlıq yaradır. Eyni zamanda mənim şəxsi yanaşmama görə islam yeniliyə, inkişafa açıq bir din deyil. Cinslər arasında bir diskriminasiya yaradır. Bir növ patriarxallığı təbliğ edir və konservativlik var. Bunlar isə dar düşüncəliyə gətirir, ictimai və sosial münasibətlərə neqativ təsir edir. Fərdlərin bərabər hüquq və azadlıqları olmayanda hər bir sahədə axsaqlıq özünü göstərir. İslam həmişə bizi qərbdən uzaqlaşdırıb, şərqə aparıb.

22/12/2016

Dar düşüncələrin hündür hasarları

Pərvin Bəhramoğlu



Dostumuz Anara cavab.

Bir neçə gün öncə Anar yazmışdı ki, “Demokratiyaya ən çox biz layiqik”. Bu yazını çox alqışlayıram və həmişə birgə müzakirə etdiyimiz məqamları çox gözəl formada izah edilib. İnsanların özgüvəni və milli hisslərinin azaldığı bir vaxtda qiymətli bir yazıdır.

Lakin, bu yazını oxuyan insanda bir rahatlama yaranar ki, bütün qəbahət sistemdədir. Normal idarəetmə olsaydı biz də qanunlara əməl edərdik, daha yaxşı yaşayardıq və mədəni, inkişaf etmiş bir xalq olardıq.

10/12/2016

Demokratiyaya ən çox biz layiqik.

Anar Rzalı
“Hər bir xalq öz liderinə layiqdir” (Joseph de Maistre)- Tarixdə eşitdiyim ən absurd cümlələrdən biridir. Ən təəccüblüsü odur ki, nə qədər absurd olsa da, bir o qədər də populyardı və insanlar tərəfindən tez-tez təkrar olunur. Halbuki bunun əksini ölkə daxilində və xaricində sübut edən onlarla, yüzlərlə fakt var. AZtv demişkən çox uzağa getməyək, götürək elə bizim Koreya xalqını. Bir millət, iki fərqli respublika. Şimala baxırsan əksəriyyəti zombiləşmiş bir xalq, cənuba baxırsan dünyanın ən inkişaf etmiş ölkələrindən və ən mədəni xalqlarından biri. İndi burda kim nəyə layiqdi? Eyni xalqdı da. Bir yarısı demokratiyaya layiqdi, digər yarısı yox?

25/11/2016

Niyə bizdə alınmır?


Anar Rzalı
Hələ bir nəfər də olsun sosial vəziyyəti pis gündə olan, amma eyni zamanda "Biz ölkədə qalıb sona kimi vuruşmalıyıq, demokratiyanı, cumhuriyyəti bərpa etməliyik" deyən adama rast gəlməmişəm. Bəlkə da axtarsan tapılar, amma çox nadir. Ölkədən gedənləri qınayıb "axıra kimi ölkədə qalmalıyıq" deyən vətənpərvər dostlarımızın hamısı Azərbaycan standartlarında ya yaxşı, ya da ortabab yaşayır. Mən burda heç bir tərəfi qınamıram. İnsan təbiət etibarı ilə sosial varlıqdır və bütün bunlar insanın keyfiyyətli olub-olmamasından asılı olmayaraq instinktiv bir şeydi. Şərait normal olandan sonra əlbəttə əksəriyyətin ilk seçimi öz dostlarının ətrafında-ölkəsində qalmaq olur. Olmayanda isə həyata 1 dəfə gələn vətəndaş bütün ömrünü sonuna kimi sürünərək mübarizəyə həsr etmək məcburiyyətində deyil. Ələlxüsus da ki, qarşıda heç bir işıq görsənmirsə. Bəs bu lənətəgəlmiş işıq niyə görsənmir? Bu "Qaramolla" Anar niyə bu qədər pessimistdir?...

16/11/2016

İki xalq arasında birbaşa münasibətlərin önəmi

Həmid Hüseynov
Ötən həftə Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə 10-dək ölkənin səfirliyinin, beynəlxalq təşkilatların nümayəndələri, QHT və media qurumlarının təmsilçiləri ilə yanaşı bir neçə erməni ictimai fəal da iştırak edib. 

05/10/2016

Necə yazmaq lazımdır və ya lazım deyil?

Şahin Hüseynli
Yazı çox mürəkkəb prosesdir. Peşəsi yazmaq olan insanlara qibtə edirəm. Hələ üstəlik gözəl, savadlı, səmimi yazanlara ayrıca bir simpatiyam var. Amma bəzən elə olur ki, yazının səmimiliyini və savadlılığını onun yazılma forması kölgədə qoyur. Bəs necə yazmaq lazımdır ki, yazı uğurlu alınsın? 

04/10/2016

Münasibət bərabərsizliyi

Pərvin Bəhramoğlu
Azərbaycanda cinslər arasında ciddi ünsiyyət və münasibət problemi olduğunu görürəm. Şəhərdə 10 dəqiqə müşahidə aparmaqla bunu asanlıqla müəyyən etmək olar. Oğlanlar bir gəzirlər, qızlar isə bir. Cütlüklərə isə nadir hallarda rast gəlmək olur. Digər ölkələrdə bu mənzərə bizdən xeyli fərqlidir. Bunun səbəbləri nədir və hansı nəticələrə gətirib çıxarır?

13/09/2016

The Road to Official Monarchy


Anar Rzalı
           The adverse effect of failed Turkish coup on Azerbaijani domestic policy and the road to official monarchy.                                    

On the night of July 15 - 16, some groups of the Turkish army attempted an armed coup. According to information shared by the Turkish Foreign Ministry on July 18th, 290 people were killed in the ensuing chaos, more than 5000 people have been detained and thousands of others forced to resign.

25/05/2016

Yaxşı müharibə yoxdur II hissə



Həmid Huseynov

Yəqin ki, artıq çoxları emosiyalarını sakitləşdirib, baş verənlərə daha soyuq başla baxmağa, reallıqları daha aydın görməyə imkan tapır. Aprelin əvvəlində cəbhədəki mini müharibəni, neçə müddətdir davam edən gərginliyi və son danışıqları nəzərdə tuturam. Məsələnin mahiyyəti kimlərəsə bəlli idi və bunun nəyə hesablandığını ən dəqiq onlar bilirdilər. Son 20 ildə cəmiyyət heç bir mövzunu bu qədər açıq müzakirə edib, alovlu  reaksiyalar verməmişdi. (söhbət ciddi mövzulardan gedir, kiminsə açıq sinəsi və ayaqları kimi müzakirələri qeyri-ciddi və mənasız hesab edirəm) Məlum hadisələr böyük bir kəsimin illərdi ölkədə baş verən hər şeyə laqeydliyini, birdən-birə 180 dərəcə dəyişəcək qədər oldu.

29/04/2016

Yaxşı müharibə yoxdu yaxud vətənpərvərliklə humanizmin toqquşması



Həmid Huseynov
Bir neçə gün öncə hardasa belə bir ifadə eşitdim: “Müharibə beyinlərdən, Sülh ürəklərdən başlayır” Mənim yazmaq istədiklərim də, beynimdən yox,  ürəyimdən axıb gələnlərdir. Yəni, burdakı fikirləri yazmaq üçün beynimlə məsləhətləşmədən, ürəyimin səsinə qulaq asdım. Beynimin rəyləri II hissədə.

Birmənalı olaraq müharibənin əlehinəyəm. Bəli, mən dünyanın heç harasında müharibələrin olmasını istəmirəm. Çünki, müharibə yaxşı şey deyil. Müharibə güllə vıyıltısı, top uğultusu, qrad şaqqıltısı və bu səslərin nəticəsində can itgiləridi, qan selidi, insan bədəninin parçalara bölünüb, ətrafa səpələnməsidi. Müharibə vahimədi.... bu vahimədən uşaqların, qadınların hayqırtısı və gözyaşlarıdı. Son nəfəsini yanında verən insanların məkanıdı MÜHARİBƏ!!... Müharibədə insanlar davamlı affekt hala düşürlər, emosiyalar gərilir. Dəhşətdir MÜHARİBƏ! Və mən bu dəhşəti yaşamaq istəmirəm. İndiki məqamda olsa belə, əgər müharibənin əleyhinə olmağım, bunu istəməməyim,  məni çoxunun gözündə “vətən xaini” edirsə, qoy mən “vətən xaini” olum. Ancaq, mən əminəm ki, mənim bu istəyim bəşəriyyət üçün ən ali və zəruri arzudur. Mən başa düşürəm ki, bunu istəməməklə müharibələri durdurmağa nail ola bilmərəm, amma, onun dəhşətlərini dərk və təsəvvür edə bildiyimdən müharibəni istəmədiyimi dilə gətirirəm. Nazim Hikmət: ”Müharibə qorxu və səfalətdən başqa heç nə vermir. Müharibə yandırar, yıxar, öldürər, yox edər” deyirdi. Elə B.Franklin də bu qənaətdə idi ki: “Yaxşı müharibə, pis sülh yoxdur”. Son vaxtlar isə müharibənin lazımsız, pis şey olduğu fikrini deyənləri  çoxu söyür, dişlərini qıcayır, aqressiv davranışlarını gizlətmir.

27/04/2016

İdeoloji boşluq

Pərvin Bəhramoğlu


İctimai-siyasi aktivliklə məşğul olmaq və siyasi karyeraya başlamaq istəyənlərə kiçik tövsiyə!

Bildiyimiz kimi ölkəmizdə onlarla siyasi partiya və yüzlərlə ictimai təşkilat var. Hər bir insan partiya və təşkilat seçərkən nələrə diqqət etməlidir?!

Başlayaq siyasi partiyalardan. Ölkəmizdə 40-dan çox partiya var və onlardan yalnız biri iqtidardadır. Bu o deməkdir ki, bir partiyadan başqa digər partiyalar müxalifət partiyalarıdır. Müxalifət partiyasının məqsədi hakimiyyətə gəlmək olmalıdır və bunun üçün də real imkanları, perspektivi və proqramı olmalıdır. Əgər bir müxalifət partiyasında bu imkanlar yoxdursa orada zaman itirmək heç bir məntiqə sığmır. Digər diqqət edilməli məqam partiyanın idealogiyası və hədəfləri olmalıdır. Azərbacanda elə partiyalar var ki, idealoji boşluqdan əziyyət çəkirlər, bilmək olmur liberaldır yoxsa millətçi, sağdır ya sol və s. Elə müxalif partiyalar da var açıq bəyan edir ki, hakim partiyanın idealogiyasını dəstəkləyir. O zaman, sual yaranır onda siz niyə varsız? Əgər hər hansı partiya hakimiyyəti qeyri-demokratik olmaqda, azad rəqabət yaratmamaqda, qeyri-şəffaf seçki keçirməkdə və s. tənqid edirsə, amma öz partiyası və təşkilatı daxilində bunlara əməl edə bilmirsə, yüzlərlə bəhanə gətirərək nizamnamələri pozurlarsa, həmin qurumdan nəinki cəmiyyətə fayda, heç özlərinə də xeyir gəlməz.

25/04/2016

Müharibə və nəticələri

Anar Rzalı
İnsanlıq uduzdu, xalq heç-heçə qaldı, dövlət və hakimiyyət isə cüzi fərqlə qalib gəldi.

Demokratiyanın, liberalizmin və ən nəhayət güclü iqtisadiyyatın açdığı qapıların yanında topla tüfənglə açılan qapılar iynə ucu qədər kiçik qalır. Bu 25 il ərzində Azərbaycan bunlara nail olsaydı inanın bu gedişlə Dağlıq Qarabağın erməni icması könüllü bizə qoşulardı. İnsan dünyanı kəşf etdikcə torpaq uğrunda insanların 1-1-lərini öldürməsi mənasız gəlir. Milyardlarla bu kimi planetlərdən qoz boyda olanının 2 nümayəndəsi fındıq boyda olan bir ərazi üçün qırğın edir. Birlikdə yaşamaq varkən buna dəyərmi? Dünyada heç bir şey insan həyatından üstün deyil. Bəslənilən nifrət qarşındakından çox sənə ziyan vurur.

The world, terrorism and Azerbaijan


Anar Rzalı

The current main reasons of terror are obvious to everyone. Now I would like to talk about auxiliary elements. There are some neglected areas, groups which stayed out of attention. We also had such a place like Nardaran, thankfully it has already (despite of shameful ways) solved. Most surprisingly, this kind of places you can see in Europe as well. And mainly immigrants account for these quarters. Recently, when I was watching the capturing process of the terrorist Abdeslam who had direct connection to Paris attacks, I realized that he was living almost in the centre of Brussels. In a area which was famous with its criminality.

21/04/2016

"Axan" zibilliklər



Pərvin Bəhramoğlu
Bu mövzu xeyli müddətdir məni düşündürsə də, keçən günlərin birində Gədəbəyə səfərim zamanı gözümlə gördüklərim bu barədə bir yazı yazmaq fikrimi qətiləşdirdi.  

Nə qədər təəccüblü olsa da, Gədəbəydə məişət tullantılarını atmaq üçün nə zibil yeşikləri var, nə də zibil daşıyan maşınlar. Buna görə də Gədəbəyin kəndlərində insanlar illərdir tullantıları axar çaylara atırlar və elə düşünürlər ki, bununla doğru iş görürlər və güclü yağış yağanda bütün zibilləri sel yuyub aparacaq. Kəndlərdə insanlar çaylardan suvarmada istifadə etməsə də, mal-qara suyu çaylardan içir eyni zamanda, insanlar çaylarda yun, xalça, paltar və s yumaq üçün istifadə edirlər. Bu tullantılar tək suyu çirkləndirmir, çay axınının keçdiyi bütün ərazilərə yayılır. Nəticədə min kilometrlərlə ərazi çirklənmiş olur.