29/04/2016

Yaxşı müharibə yoxdu yaxud vətənpərvərliklə humanizmin toqquşması



Həmid Huseynov
Bir neçə gün öncə hardasa belə bir ifadə eşitdim: “Müharibə beyinlərdən, Sülh ürəklərdən başlayır” Mənim yazmaq istədiklərim də, beynimdən yox,  ürəyimdən axıb gələnlərdir. Yəni, burdakı fikirləri yazmaq üçün beynimlə məsləhətləşmədən, ürəyimin səsinə qulaq asdım. Beynimin rəyləri II hissədə.

Birmənalı olaraq müharibənin əlehinəyəm. Bəli, mən dünyanın heç harasında müharibələrin olmasını istəmirəm. Çünki, müharibə yaxşı şey deyil. Müharibə güllə vıyıltısı, top uğultusu, qrad şaqqıltısı və bu səslərin nəticəsində can itgiləridi, qan selidi, insan bədəninin parçalara bölünüb, ətrafa səpələnməsidi. Müharibə vahimədi.... bu vahimədən uşaqların, qadınların hayqırtısı və gözyaşlarıdı. Son nəfəsini yanında verən insanların məkanıdı MÜHARİBƏ!!... Müharibədə insanlar davamlı affekt hala düşürlər, emosiyalar gərilir. Dəhşətdir MÜHARİBƏ! Və mən bu dəhşəti yaşamaq istəmirəm. İndiki məqamda olsa belə, əgər müharibənin əleyhinə olmağım, bunu istəməməyim,  məni çoxunun gözündə “vətən xaini” edirsə, qoy mən “vətən xaini” olum. Ancaq, mən əminəm ki, mənim bu istəyim bəşəriyyət üçün ən ali və zəruri arzudur. Mən başa düşürəm ki, bunu istəməməklə müharibələri durdurmağa nail ola bilmərəm, amma, onun dəhşətlərini dərk və təsəvvür edə bildiyimdən müharibəni istəmədiyimi dilə gətirirəm. Nazim Hikmət: ”Müharibə qorxu və səfalətdən başqa heç nə vermir. Müharibə yandırar, yıxar, öldürər, yox edər” deyirdi. Elə B.Franklin də bu qənaətdə idi ki: “Yaxşı müharibə, pis sülh yoxdur”. Son vaxtlar isə müharibənin lazımsız, pis şey olduğu fikrini deyənləri  çoxu söyür, dişlərini qıcayır, aqressiv davranışlarını gizlətmir.

27/04/2016

İdeoloji boşluq

Pərvin Bəhramoğlu


İctimai-siyasi aktivliklə məşğul olmaq və siyasi karyeraya başlamaq istəyənlərə kiçik tövsiyə!

Bildiyimiz kimi ölkəmizdə onlarla siyasi partiya və yüzlərlə ictimai təşkilat var. Hər bir insan partiya və təşkilat seçərkən nələrə diqqət etməlidir?!

Başlayaq siyasi partiyalardan. Ölkəmizdə 40-dan çox partiya var və onlardan yalnız biri iqtidardadır. Bu o deməkdir ki, bir partiyadan başqa digər partiyalar müxalifət partiyalarıdır. Müxalifət partiyasının məqsədi hakimiyyətə gəlmək olmalıdır və bunun üçün də real imkanları, perspektivi və proqramı olmalıdır. Əgər bir müxalifət partiyasında bu imkanlar yoxdursa orada zaman itirmək heç bir məntiqə sığmır. Digər diqqət edilməli məqam partiyanın idealogiyası və hədəfləri olmalıdır. Azərbacanda elə partiyalar var ki, idealoji boşluqdan əziyyət çəkirlər, bilmək olmur liberaldır yoxsa millətçi, sağdır ya sol və s. Elə müxalif partiyalar da var açıq bəyan edir ki, hakim partiyanın idealogiyasını dəstəkləyir. O zaman, sual yaranır onda siz niyə varsız? Əgər hər hansı partiya hakimiyyəti qeyri-demokratik olmaqda, azad rəqabət yaratmamaqda, qeyri-şəffaf seçki keçirməkdə və s. tənqid edirsə, amma öz partiyası və təşkilatı daxilində bunlara əməl edə bilmirsə, yüzlərlə bəhanə gətirərək nizamnamələri pozurlarsa, həmin qurumdan nəinki cəmiyyətə fayda, heç özlərinə də xeyir gəlməz.

25/04/2016

Müharibə və nəticələri

Anar Rzalı
İnsanlıq uduzdu, xalq heç-heçə qaldı, dövlət və hakimiyyət isə cüzi fərqlə qalib gəldi.

Demokratiyanın, liberalizmin və ən nəhayət güclü iqtisadiyyatın açdığı qapıların yanında topla tüfənglə açılan qapılar iynə ucu qədər kiçik qalır. Bu 25 il ərzində Azərbaycan bunlara nail olsaydı inanın bu gedişlə Dağlıq Qarabağın erməni icması könüllü bizə qoşulardı. İnsan dünyanı kəşf etdikcə torpaq uğrunda insanların 1-1-lərini öldürməsi mənasız gəlir. Milyardlarla bu kimi planetlərdən qoz boyda olanının 2 nümayəndəsi fındıq boyda olan bir ərazi üçün qırğın edir. Birlikdə yaşamaq varkən buna dəyərmi? Dünyada heç bir şey insan həyatından üstün deyil. Bəslənilən nifrət qarşındakından çox sənə ziyan vurur.

The world, terrorism and Azerbaijan


Anar Rzalı

The current main reasons of terror are obvious to everyone. Now I would like to talk about auxiliary elements. There are some neglected areas, groups which stayed out of attention. We also had such a place like Nardaran, thankfully it has already (despite of shameful ways) solved. Most surprisingly, this kind of places you can see in Europe as well. And mainly immigrants account for these quarters. Recently, when I was watching the capturing process of the terrorist Abdeslam who had direct connection to Paris attacks, I realized that he was living almost in the centre of Brussels. In a area which was famous with its criminality.

21/04/2016

"Axan" zibilliklər



Pərvin Bəhramoğlu
Bu mövzu xeyli müddətdir məni düşündürsə də, keçən günlərin birində Gədəbəyə səfərim zamanı gözümlə gördüklərim bu barədə bir yazı yazmaq fikrimi qətiləşdirdi.  

Nə qədər təəccüblü olsa da, Gədəbəydə məişət tullantılarını atmaq üçün nə zibil yeşikləri var, nə də zibil daşıyan maşınlar. Buna görə də Gədəbəyin kəndlərində insanlar illərdir tullantıları axar çaylara atırlar və elə düşünürlər ki, bununla doğru iş görürlər və güclü yağış yağanda bütün zibilləri sel yuyub aparacaq. Kəndlərdə insanlar çaylardan suvarmada istifadə etməsə də, mal-qara suyu çaylardan içir eyni zamanda, insanlar çaylarda yun, xalça, paltar və s yumaq üçün istifadə edirlər. Bu tullantılar tək suyu çirkləndirmir, çay axınının keçdiyi bütün ərazilərə yayılır. Nəticədə min kilometrlərlə ərazi çirklənmiş olur.

07/04/2016

Mini müharibə və çıxarılacaq dərslər

Fərid Mehrəlizadə
Son mini müharibə olayında ən çox diqqətimi çəkən bir 20 ildən çox keçsə də insanların məsələyə eyni və bəlkə daha artıq ciddiyyətlə yanaşması idisə, digəri də əksəriyyətin Qarabağ məsələsinin diplomatik tərəfi barədə az məlumatlı olması oldu. Çox adam Dağlıq Qarabağ və ətraf rayonlar anlayışı nədir bilmir. Dağlıq Qarabağın ərazisi dağlıq olan Laçın və Kəlbəcər olduğunu düşünür, amma onlar daxil deyil. Eyni zamanda bizdə Ağdərə rayonu deyə inzibati ərazi vahidi yoxdur. 92-də ləğv olunaraq Tər-Tər və digər rayonlara birləşdirilib.  Halbuki mətbuatda belə yazılırdı həmin yer.