17/08/2015

Qadın və kişinin cinsindən başqa nə fərqi var ki?


Pərvin Bəhramoğlu
Cəmiyyətimizdə kişi və qadına münasibət bir mənalı deyil. Əvvəlki illərə baxanda nisbətən müsbətə doğru dəyşikliklər olsa da, hələ də çox ciddi problemlər qalmaqdadır. Ərəbləri qız uşaqlarını diri-diri basdırdıqlarına görə həmişə qınamışıq. Lakin biz qız uşaqlarının qatili olan ərəblərə gülərkən, özümüz qatilə çevrildik. Bunu qız övladlarını diri-diri basdırmaqla deyil, müasir aparatların köməyi ilə cinsinə görə doğulmamış körpənin anasının qarnında ölüm hökmünü verməklə etdik. Qız uşaqlarına fərqli münasibət hələ onlar doğulmamışdan başlayır. Evlənənlərə yeddi oğul bir də qız arzulanır. Və heç kimin ağlına belə gəlmir ki, belə olsa yeddi oğlan bir qızlamı evlənəcək?  

13/08/2015

İctimai qınaq lazımdırmı?


Pərvin Bəhramoğlu
Tez-tez istifadə etdiyimiz bir termin var "ictimai qınaq". 
Bəs bu ictimai qınaq nədir, bu bizə lazımdırmı, nələr ictimai qınağın hədəfi olmalıdır?
Adından da göründüyü kimi, ictimai qınaq, ictimai və sosial əhəmiyyət daşıyan və insanların yaşamına təsir edən neqativ halların tənqid olunmasıdır. Sosial həyata təsir edən davranışlar qanunla da tənzimlənir, amma bəzən yazılmış qanunlarla tənzimlənməyən davranışlar yazılmamış qanunlarla idarə edilir. Bunlar daha çox etik, mental və milli təfəkkürdən irəli gələn davranışlardır və ziddiyətli məqamlar yaradır. Buna görə də yazılmamış qanunların qınanılmasından daha çox qanunla da tənzimlənən və insanların təhlükəsizliyi və işlərinin asanlaşmasına xidmət edən halların pozuntusunun qınanılması daha məqsədə uyğundur.

11/08/2015

Həyalarını yeyib, abırlarını tullayanlar

Həmid Huseynov



Yaşadığımız ölkədə hər gün baş verən anormal hadisələrdən sonra daha çox əmin oluram ki, çatışmayan böyük bir şey var, onun adı- HƏYAdır. Bu sözün Azərbaycan dilinin izahlı lüğətində mənası aşağıdakı kimi verilir.

09/08/2015

Niyə özümüzə toy tuturuq?

Pərvin Bəhramoğlu
Azərbaycanda sosial həyatı təsvir edin desək, hamı bir səslə: “Həyat problemlərlə doldur”, deyəcək. Götürək adi həyat qanunlarından birini. Bir şəxslə tanış olursan və bəzən ona o qədər aşiq olursan ki, həyatının sonunadək onunla birgə yaşamağa qərar verirsən və BANG!!! Qarşılaşdığın ilk problemin TOY!