25/05/2016

Yaxşı müharibə yoxdur II hissə



Həmid Huseynov

Yəqin ki, artıq çoxları emosiyalarını sakitləşdirib, baş verənlərə daha soyuq başla baxmağa, reallıqları daha aydın görməyə imkan tapır. Aprelin əvvəlində cəbhədəki mini müharibəni, neçə müddətdir davam edən gərginliyi və son danışıqları nəzərdə tuturam. Məsələnin mahiyyəti kimlərəsə bəlli idi və bunun nəyə hesablandığını ən dəqiq onlar bilirdilər. Son 20 ildə cəmiyyət heç bir mövzunu bu qədər açıq müzakirə edib, alovlu  reaksiyalar verməmişdi. (söhbət ciddi mövzulardan gedir, kiminsə açıq sinəsi və ayaqları kimi müzakirələri qeyri-ciddi və mənasız hesab edirəm) Məlum hadisələr böyük bir kəsimin illərdi ölkədə baş verən hər şeyə laqeydliyini, birdən-birə 180 dərəcə dəyişəcək qədər oldu.