31/12/2014

Ən çox həmrəyliyə ehtiyacı olan və ən az həmrəy olan insanlar

Kənan Məmmədli

Diaspora təşkilatlarının 4-5 rəqəmli məbləğləri xərcləyib şəkərbura, dolma, sarı gəlin məclisləri keçirmələri nə insanların həmrəy olmasına, nə məqsədə gedən yolda hər-hansı ciddi addım atılmasına xidmət edəcək, nə də fatıya tuman olacaq. İldə bir-iki dəfə yığılıb milli geyimdə, milli musiqinin sədaları altında şəkil-video çəkdirməklə həmrəy olunmur, əzizlərim. Qısası, daha yaradıcı, daha professional, daha təəssübkeş və dürüst tədbirlər düzənlənməlidir. Məsələ sərf edilən məbləğlərdə yox, qarşıya qoyulan məqsədə səmimi qəlbdən xidmət edərək peşəkarlıqla çalışmaqdadır. Bu günü tək 31 dekabr yox, hər gün qeyd edək amma əməllərimizlə. Süni təm-təraq və pafoslu nitqlərlə yox. Həmrəy, həmfikir, həmdəm olaq.

24/12/2014

Biganəliyimiz...

Kənan Məmmədli

Dünən, 23 dekabr 2014-cü il tarixdə Bələdiyyə seçkiləri keçirildi. Bilmirəm, gec getmişdim, ya nə, amma səs vərməyə getdiyim məntəqədə məndən başqa seçici yox idi. Hər hansı pozuntu yaxud şübhəli hal da yox idi. Qapıda məni qarşılayan şəxs (məntəqə nümayəndəsi) siyahıda adımı tapmağa köməklik edib, qeydiyyata alınacağım və bülleten götürəcəyim istiqaməti göstərdi. İlk dəfə deyildi ki, səs verməyə gedirdim, bütün proseduru da bilirdim amma yenə də köməklik etdiyi üçün sağ olsun. Elə dünən yayılan xəbərlərdə müxtəlif məntəqələrdəki pozuntulardan danışılır, video görüntülər paylaşılırdı. Mənə kimi və mən olmayanda məntəqədə nə olub, necə olub bilmirəm, amma şəxsən mən orda olduğum müddətdə səs verdiyim məntəqədəki ümumi mühit mənə çox xoş gəldi. Bircə plov bişirməyi uca səslə müzakirə edən iki qadın ac vaxtımda yadıma plov salıb, səsvermədən sonrakı işlərimi tez-tələsik bitirib evə qaçmağıma səbəb oldu. Buna da dözmək olar, amma yayılan xəbərlərə, video görüntələrə çox məyus oldum. Bizdə seçki mədəniyyəti, marağı, məsuliyyəti varmı?!

20/12/2014

Əsəb otağı

Kənan Məmmədli

Radioda qonaq olaraq çağırılmış ali təhsilli həkim-dietoloq ət yeməyin ziyanlarını izah edir, buna ən bariz nümunə kimi ət yeməyi sevən insanların aqressiv, daha qəzəbli və qəddar olduğu ilə əsaslandırırdı. Daha doğrusu öz aləmində əsaslandırırdı. Qayıdasan ki, təbiətə diqqət edin. Ət yeyən heyvanlar daha yırtıcı olur. Məsələn aslan daha aqressiv, saldırqan, hirsli olur, nəyinki qoyun, koala, fil, tısbağa.

19/12/2014

Sovetdənqalma

Şahin Hüseynli

Bizə Cem Yılmaz kimi biri lazımdır: həm bizim bütün naqisliklərimizi üzümüzə qarşı söyləyib bizi hırıldatsın, həm də pulumuzu alıb qoysun cibinə. Yoxsa, burda havayı yazmaqla bir şey alınmır. Babalarımız demiş: "Ucuz ətin şorbası olmaz".

Fikrim qətiyyən yazanları, yazmaq həvəsində olanları həvəsdən salmaq deyil. Bacardıqca yazmaq lazımdır, yazmağı da bacarmaq lazımdır. 

16/12/2014

Sənə yar, səndən yar, Şikayətim var!

Kənan Məmmədli

Bu dəfə ən sıravi vətəndaşlarımızın, sadə insanlarımızın kiçik sevinclərinə tam sevinə bilməməsinə, əhvallarının çox vaxt aşağı olması, üzlərindən bir yorğunluq, narazılıq yükü yağmasına aid fikirlərimin bir hissəsini sizlərlə bölüşmək istəyirəm. Sadə insanımız niyə daim əsəbi, qaşqabaqlı, fikirli gəzir? Hamının gündəlik həyat qayğıları, problemi, kreditlər, borclar, sual altında olan gələcəklə bağlı narahatlıqlar və s. məsələlər vardır ki, həqiqətən, fərdi ehval-ruhiyyələrə təsiri ilə cəmiyyəti pessimist notlara kökləyir. Mən hələ bunun üzərinə cəmiyyətin böyük hissəsini narahat edən Qarabağ münaqişəsi, torpaq itgisi, tarixi xəyanətlər və səhvlər kimi məsələləri əlavə etsəm, vəziyyət bir az daha anlaşılmaz və qəliz forma alacaqdır. Ən kiçik sevinclərin fərqinə varmamaq isə bu kimi ümumi yüklənmələrdən qaynaqlanır.

13/12/2014

“Zınqırovlu adam”


Hussain Mohammed
Bir ölkənin ki məhkəmə sistemi işləməz, o ölkənin hündür körpüləri polislər tərəfindən hər zaman nəzarətdə olar.

Bədbəxtlər, bəs intihar etmək istəyən fəhlələrə tikdirdiyiniz hündür binaları necə? Onları damı nəzarətdə saxlayacaqsınız?!

Bu gün (2 gün öncə)isə 5 nəfər fəhlə intihar üçün hündür binaya çıxıb. Çünki hansısa məmura aid tikinti şirkəti onları işlədib pulunu verməyib. Necə işlədib? Heç bir əmək müqaviləsiz, heç bir təhlükəsizlik qaydasına əməl olunmadan, insana dəyər vermədən.
Nəticədə o şirkətin 7 qat nəsli şəhərdə bahalı maşınlarla körpünü , yolu qoruyan polisləri tapdalayıb keçir. 

12/12/2014

Erməni söyməkdirmi –“ vətənpərvərlik”?

Pərvin Bəhramoğlu

Bir cəmiyyət olaraq hələ də tam formalaşa bilməmişik. İllərdi milli kimliyimizin axtarışındayıq. Bilmirik özümüzə türk deyək, ya azərbaycanlı, avropalı, asiyalı və ya qafqazlı. Gah azəri olduq, gah Azərbaycan türkü. Bütün bunlar bir cəmiyyətin sağlam yetişməsinə təsir edən xəstəliklərdir. Natamamlıq kompleksi ilə yaşayan bir cəmiyyətdə qısa zamanda qəhramanlaşmaq istəyənlərin də çox olması anlaşılandır. Eyni zamanda cəmiyyətin belə manqurtlaşmış halından məmnun olan qüvvələr də var və həmin qüvvələr bundan planlı şəkildə istifadə etməyi yaxşı bacarır. Bunlardan ən təhlükəlisi də insanlara “vətənpərlik” adı altında yeridilən idealogiyalar və başqalarını vətənpərvər deyilsən damğası vurmaqdır.

Babaş, Bəlkə..... Başdan Başlayaq!

Həmid Hüseynov

Yaxşı yazı üçün mütaliənin çox olması vacib şərtdir. Obrazlı desək, YAZMAQ mütaliənin müxtəlif cinsə aid ola biləcək, doğulacaq övladdır. Valideyn nə qədər sağlam qidalansa, övlad da bir o qədər sağlam olacaq.
Nədən başlayım? Hardan başlayım? Necə başlayım? Necə bitirim? Bu kimi suallar adamı tez-tez çətinə salır. Sosial şəbəklərdə statuslar istisna olmaqla, klavyatura arxasına oturub müəyyən bir çevrə üçün yazmaq istədiyin bir vaxtda, üstəlik.

Esmeraldaya alternativ Ceyran xanım

Şahin Hüseynli

Gözünüz aydın olsun, yoldaşlar. Olimpiadamızın simvolları da artıq hazırdır. Narbaş bəylə Ceyran xanım. Çox gözəl, çox pakizə. Xoşbəxt olsun bəylə gəlin

Təlqin edilənlərin yeni "dəyər"lərin formalaşmasına təsiri və alternativlər...



Kənan Məmmədli

Hər kəsi salamlayır və çox vaxt itkisinə yol vermədən birbaşa mətləbə keçid alıram. Bacardığım qədər qısa və hər kəsin anlayacağı dildə izah etməyə çalışacağam. Qısa bir arayış kimi qeyd edim ki, münasibət bildirmək istədiyim mövzuda hamının bilib də düşünmədiyi, daha doğrusu diqqət yetirmədiyi nüanslara toxunmaq istəyirəm. Xitab edəcəyim kütlə də, əsasən, akademik çevrə yox, sadə insanlardan ibarət olacaq. Haqqında danışacağım mövzu maariflənmə və təbliğatla bağlıdır. Bizə təlqin edilənlər nə ilə nəticələnə bilər və bu gedişata görə narahat olmağa dəyərmi?!