13/12/2014

“Zınqırovlu adam”


Hussain Mohammed
Bir ölkənin ki məhkəmə sistemi işləməz, o ölkənin hündür körpüləri polislər tərəfindən hər zaman nəzarətdə olar.

Bədbəxtlər, bəs intihar etmək istəyən fəhlələrə tikdirdiyiniz hündür binaları necə? Onları damı nəzarətdə saxlayacaqsınız?!

Bu gün (2 gün öncə)isə 5 nəfər fəhlə intihar üçün hündür binaya çıxıb. Çünki hansısa məmura aid tikinti şirkəti onları işlədib pulunu verməyib. Necə işlədib? Heç bir əmək müqaviləsiz, heç bir təhlükəsizlik qaydasına əməl olunmadan, insana dəyər vermədən.
Nəticədə o şirkətin 7 qat nəsli şəhərdə bahalı maşınlarla körpünü , yolu qoruyan polisləri tapdalayıb keçir. 


Lap tutaq ki, demokratiya, söz azadlığı Amerikanın dünyanı işğal etmək üçün yeritdiyi siyasətdi. Lap tutaq ki, siz deyənlə mən də razıyam. Demokratiyaya da dırmaşım , söz azadlığına da.

Bəs axı işləməyən məhkəmə sisteminə nə deyirsiniz? O fəhlələr kimə, necə müraciət etməklərini belə bilmir. Etsə belə nə xeyri olacaq?

O fəhlənin kimə necə müraciət edə bilməməsinin günahı kimdədir? Nədədir?


Təhsil sistemində. O fəhlələr, tutaq ki, məktəb oxumayıb. Tutaq ki, o fəhlələrin qohumları oxuyub, diplomu toz basıb, hal hazırda bazarda alverçi işləyir və onların keçmiş uşaqlara (indiki fəhlələrə) verəcəkləri bir motivasia olmayıb. Tutaq ki, təhsil sistemimiz pox içində üzür. (Tutmayaq, həqiqətən üzür) bəs yaxşı, vergi organları hara baxır? Onlar bu qədər qeyri qanuni işləyən şirkətləri görmürlər, amma bir balaca kafe açan adamın başının üstünü alırlar həmən. Cəriməni yazıb atasına od qoyurlar. Nəticədə adam başladığı işə peşman olur. Tutaq ki, vergi sistemi korrupsiya içində üzür, (Tutmayaq, onsuz da üzür) bəs yaxşı, həmkarlar ittifaqı nə poxa dərmandı? Ümümiyyətlə, o boyda qurum şəhərin mərkəzində o boyda binanı niyə zəbt edib?


Bu ölkədə yeganə işləyən qurum Fövqəladə Hallar Nazirliyidir. O bütün bu zibillərin əziyyətini çəkir.