![]() |
Pərvin Bəhramoğlu |
Bir
cəmiyyət olaraq hələ də tam formalaşa bilməmişik. İllərdi milli kimliyimizin
axtarışındayıq. Bilmirik özümüzə türk deyək, ya azərbaycanlı, avropalı, asiyalı
və ya qafqazlı. Gah azəri olduq, gah Azərbaycan türkü. Bütün bunlar bir cəmiyyətin
sağlam yetişməsinə təsir edən xəstəliklərdir. Natamamlıq kompleksi ilə yaşayan
bir cəmiyyətdə qısa zamanda qəhramanlaşmaq istəyənlərin də çox olması
anlaşılandır. Eyni zamanda cəmiyyətin belə manqurtlaşmış halından məmnun olan
qüvvələr də var və həmin qüvvələr bundan planlı şəkildə istifadə etməyi yaxşı
bacarır. Bunlardan ən təhlükəlisi də insanlara “vətənpərlik” adı altında
yeridilən idealogiyalar və başqalarını vətənpərvər deyilsən damğası vurmaqdır.
Zaman-zaman
mən də şəxsi həyatımda bu kimi hallarla çox rastlaşmışam. Bəzən məni “vətənpərvər”
olmamaqda günahlandırırlar. Vətən xaini isə ən pis damğadır. O ki qaldı həqiqi mənada vətən sevgisinə, hər kəs başını dolandıracaq, bir tikə çörək
pulunu düşünəcək. Mən özüm “vətənpərvər” sözündən iyrənirəm artıq. Bu ölkənin ən
ali qanunu olan konstitusiyasının başına nə oyunlar açıldı. Bu hansı yolla
mümkün oldu? Ümumxalq səs verməsi ilə ( referendum). Kimlərsə getdi bu saxta
seçkidə iştirak etdi, kimlərsə getmədi, amma sizlərin səsi ilə oldu bu. Saxta
prezident seçkisini də, parlament seçkisini də sizlərin səsi və iştirakı ilə
keçirdilər. Amma siz - “vətənpərvərlər” ən ali səviyyədə olan saxtakarlıqlara susdunuz.
Deyəsən, bu mövzular ağır oldu?...Yəqin çoxunuz deyəcəksiniz ki, bizdən asılı
deyil, bizim gücümüz çatmır. Unutmayın ki, seçkini saxtalaşdıranların elə əksəriyyəti övladlarınıza təhsil verən, seçki komisyasının üzləri olan orta məktəb müəllimləridir.
İndi gəlirəm çox asan mövzulara və hər birimizindən asılı olan məqamlara: rüşvət verərək qiymət alan tələbələrə, rüşvət alaraq ailə saxlayan müəllimlərə. Sizcə, bu insanlar ölkəni necə sevə bilər? Hər biriniz bilirsiniz ki, rüşvət elə bir sağalmaz virus və qurddur ki, ölkəni içindən yeyib məhvə, uçuruma aparır. Bunu ki, bəzilərini “vətənpərvər” olmamaqda qınayan tələbələr özləri edir. Bu hallara göz yuman digər orqanlar da bir başqa. Bu rüşvət halı baş verən bütün orqanların işçiləri hansı adla vətənpərvərlikdən, Azərbaycan sevgisindən danışır axı?

İndi
isə gələk ən sadə səhlənkarlıqlarımıza. Bir ölkəni sevən insan, az da olsa mədəniyyəti
olan insan avtobusun pəncərəsini açib ordan yerə zibil atarmi? Bir kəs vətənini
sevsəydi vətənpərvər olsaydı, bu ölkəni zibilləyərdimi? Nədənsə, bəzi məqamlarda,
bəzi məkanlarda hami vətən sevdalısıdır.
Bildiyimiz kimi, ən öndə duran problemimiz ərazi bütövlüyümüzdür. Hər kəs müharibədən dəm vurur. Düşünməyin kimsə sizin bu saxta səmimiyyətinizə inansın. Amma bayaq sadaladığım problemlər qaldıqca torpaqlarımız da işğalda qalacaq. Əslində 21 ildə heç 10 min insan küçələrə çıxıb tələb etmədi ki, ey dünya birliyi, ey hakimiyyət, ey insanlar biz torpaqlarımızı geri istəyirik. Deyiləcək sozüm çoxdur. Sonda onu deyim ki, sosial şəbəkələrdə erməni söymək heç də vətənpərlik deyil və ümumiyyətlə düşməni söyəndən qəhrəman olmaz!