Pərvin Bəhramoğlu |
Nə qədər təəccüblü olsa da, Gədəbəydə məişət tullantılarını atmaq üçün nə zibil yeşikləri var, nə də zibil daşıyan maşınlar. Buna görə də Gədəbəyin kəndlərində insanlar illərdir tullantıları axar çaylara atırlar və elə düşünürlər ki, bununla doğru iş görürlər və güclü yağış yağanda bütün zibilləri sel yuyub aparacaq. Kəndlərdə insanlar çaylardan suvarmada istifadə etməsə də, mal-qara suyu çaylardan içir eyni zamanda, insanlar çaylarda yun, xalça, paltar və s yumaq üçün istifadə edirlər. Bu tullantılar tək suyu çirkləndirmir, çay axınının keçdiyi bütün ərazilərə yayılır. Nəticədə min kilometrlərlə ərazi çirklənmiş olur.
Gədəbəyin rayon mərkəzindən
mis çayının axarı ilə meşəyə doğru istiqamət aldıq, çay boyu gördüyümüz mənzərələr
olduqca acınacaqlı idi. Tonlarla plastik qutular, şüşə qablar, köhnə paltar və
ayaqqabılar meşənin çay sahillərinə yayılmışdı. Olduqca gözəl bir təbiətdə belə
bir mənzərənin yaranması xoşagəlməz haldır.
Rayon yerində
tullantılarla mübarizə aparmaq şəhərdən daha da asan olsa da, insanların bu sahədə bilgilərinin çox az
olması buna imkan vermir. Dövlət isə bu sahəyə elə də maraq ayırmır. Kəndlərə zibil
qablarının qoyulması və zibil maşınları ilə təmin etməsi ilə yanaşı görüləcək ən
effektiv iş insanların məişət tullantılarının necə idarə edilməsi istiqamətində
məlumatlandırmasıdır. QHT-lərin bu istiqamətdəki fəaliyyətini təşviq etməlidir.
Tullantılar bir neçə
çeşidə ayrılır. Elə növ tullantılar var ki, bunları mal-heyvana, toyuq-cücəyə
vermək olar bunlara qida qalıqları və vaxtı keçmiş və xarab olmuş məhsullardır.
Digər növ tullantılar isə tez çürüyən maddələrdir. Bunlara ağac və bitki qalıqları
və s daxildir. Bu qalıqları həyət- yani sahədə toplayaraq üstünü torpaqlamaq
olar və bir müddətdən sonra həmin qalıqlardan münbit tormaq yaranacaq. Şüşə və
metal tullantıları isə toplayaraq bunları qəbul edən müəsissələrə satmaq olar. Ən
təhlükəlisi və gec çürüyəni isə plastik qablar, sintetik və rezin məhsullardır,
hansı ki, bunların çürüməsi 100 illərlə zaman alır.
Mütəxəsislər
bildirirlər ki, digər mübarizə üsulu isə alış- veriş edərkən ehtiyatlı olmaq.
Maksimum plastik və kapron qablardda olan məhsullardan az istifadə etmək lazımdır. Salafan paketlerin əvəzinə isə kağız paketlerindən istifadə
etmək lazımdır.
Bu sahədə
beynalxalq təcürbəni öyrənmək və mütəxəsis məsləhətlərinə çox böyük ehtiyac
var.
______________________________________________________
Yazı müəllifin fikirlərini əks etdirir
Yazı müəllifin fikirlərini əks etdirir
The article reflect the opinions of the author