Pərvin Bəhramoğlu |
İkinci dəfədir ki, Birləşmiş Ştatlardayam. Daha öncə 7 il əvvəl 3 ay Çikaqoda yaşamışam, indi isə 11 gün paytaxt Vaşinqtonda, 7 gün isə Seattle və New York şəhərlərində oldum.
Amerikaya gedərkən nələrə diqqət etmək lazımdır?
Amerika həqiqətən başqa bir dünyadır, orada çox şey fərqlidir.
Misal: ölçü vahidləri, Km (1)- Mile
(0,62), temperature (selsi-franget), kiloqram (1)- funt(paund) və s
Telefon və notbukunuzun “adaptır’ı burdakı “razetka”lara uygun
gəlməyəcək, ona görə öncədə bunu nəzərə almanız və özünüzlə xüsusi başlıq
gətirməniz lazımdır.
Vaşinqton və New Yorkda küçə adlarıdır həm rəqəmlərlə, həm də hərflərlə
adlandırılıb. Misal: A, K küçəsi, 1-ci, 2-ci küçə və s.
Seattle isə dünyanın ən zəngin iki şəxsinin yaşadığı şəhərdir. Həm Microsoft (1975),
həm də Amazon.com (1994)
şirkətlərinin əsası Seattle şəhərində qoyulub. Sakit okenla Kanada sərhədində
yerləşən təmiz və yaşıl şəhərdə narkotikadan istifadə qanunidir.
New York hündür mərtəbəli
binaları ilə turistlərin ən çox gəldiyi və olduqca bahalı bir şəhərdir. Maşınların
tıxacından və insan sıxlığından tərpənmək çətindir. New York həm də
siçovulların çoxluq təşkil etdiyi çirkli bir yerdir.
Mənə görə ABŞ birləşmiş millətlər ölkəsidir. Dünyanın hansı ölkəsindən
istəsən burda adam tapmaq olar. Buna görə burada millət yox, vətəndaşlıq
anlayışı müqəddəsdir. Demək olar ki, 50 ştatın hərəsi Avropanın bir ölkəsinə
bərabərdir.
Burada insanlar çox ünsiyyətcil və mehribandır. Tanımadığınız adam sizə
gülümsəyib salamlaşsa, qəti təəccüblənməyin. Hara getsən sənin kefini sorub
hal-əhval tutacaqlar. İnsanlar bir-birlərinə qarşı çox nəzakətlidirlər. Hər
addimda bir-birlərindən üzr istəməyi bacarırlar.
Amerikada bütün yeməklər ya çox şirin, ya da çox acıdır. İnsanların
əksəriyyəti artıq çəkidən əziyyət çəkir. Lakin insanlarda özünə əminlik çox
yüksək olduğundan buna görə heç də narahat görsənmirlər. Buna baxmayaraq
küçələrdə qaçan, idman edənlərin sayı da az deyil. Çin, Hindistan və Mekiska
restoranları üstünlük təşkil edir. Ağız dadınıza uyğun yemək dadmaq istəsəniz,
gərək Türk restoranlarına üz tutasınız. Menyuda qiymətlər təxminən 10-20 dollar
arası dəyişir.
Amerikda içki içərkən diqqətli olmaq lazımdır, çünki ictimai yerlərdə bu
qadağandır və Avropadan fərli olaraq küçədə spirtli içki içən adama çox az
hallarda rast gələ bilərsiz. Alkoqol adətən xüsusi mağazalarda satılır və onu
alarkən sizdən pasport tələb edilə bilər. “Pub”-lara gedərkən də pasportunuzu
özünüzlə götürməyi unutmayın, əks halda içəri buraxılmaya bilərsiniz.
ABŞ- a gəlmədən öncə mütləq diş həkiminə getməyi unutmayın, çünki dişin
müalicəsi olduqca bahadır. Bir dostum sırf dişini düzəltdirmək üçün Azərbaycana
gedib gəlib. Bununla yanaşı tibbi xidməti olduqca bahadır, insanların sığortası
olmadan müalicə alması demək olar mümkünsüzdür. Sığortanın olması üçün də mütləq
işləməlisən. Burda əsil vəhşi kapitalizmi görmək olar. Amerika şanslar ölkəsi
olmaqla yanaşı həm də olduqca yüksək rəqabət var.
Tibblə yanaşı təhsil də çox bahalıdır, buna görə də əksər amerikalının
təhsillərini davam etdirmək istəkləri ürəklərində qalır. Bunun üçün də ya varlı
ailən olmalı, ya dövlətdən uzun müddətli təhsil krediti götürməlisən, ya da
işləyərək təhsil üçün pul yığmalısan. Tanıdığım bir amerikalının təhsilə görə
dövlətə 20 min dollar borcu var və deyir ki, 10 il ərzində işləyib geri
ödəməlidir.
Maaşlar da Azərbaycanla müqayisədə xeyli
yüksəkdir. Bir
saatlıq əməyin minumum dəyəri 8 dollardır. Əgər həftədə 40 saatdan çox işləsən,
bir saatın dəyəri 50% artacaq (12 dollar).
Bir sözlə “American dream”
arzulardakı kimi olmasa da istedadlı və bacarıqlı insanların mekanıdır.