Anar Rzalı |
"Torpaq uğrunda ölən varsa vətənmiş".
Belə gic-gic, içində müharibə, aqressiya olan ifadələr də ancaq türk
xalqlarından çıxar. Torpaq kimdi, nədi? Hardadı onun müqəddəsliyi? Sizə bir söz
deyim? Torpaq elə üzərində insan yaşayır deyə dəyərlidir. İnsan övladı orada
məskən salmasaydı kimə lazımdı o mənasız ərazilər?
Pafoslu nitqlərə aldanıb qaza gəlməyin gənclər.
Şəhid olmaq belə gözəl şey olsaydı, onu sizə buraxardılar? İndi o da
monapoliyada olardı. Məsələn, "Şəhidlik məsələsinə Kəmaləddin ya Allahşükür
baxır" deyərdilər. Ən hörmətli şəhid də cənab prezidentimizin, cənab oğlu
olardı.
2008-2009-cu illərdə cəbhə bölgəsində hərbi
xitmətdə olmuşam. Həm psixoloji, həm də fizioloji immun sistemimi məhv edib bu
hərbi sistem. Hələ də onun xoş olmayan təsirləri var üzərimdə. Baxmayaraq ki,
az qala 10 il keçib xidmətdən, hələ də yuxuma girir. Kabus görüb oyanıram. Bir
dəfəsində ölürəm, digərində əsir düşürəm. Mənə lazım idi bu?
Hər dəfəsində dostlarla söhbət düşəndə əsgərliyə
getməyənləri özümdən ağıllı hesab eləmişəm. İndiki ağlım olsa əlbəttəki
getməzdim. Azərbaycanda nadir adam taparsınız ki, əsgərlik travması hələ də
onda qalmasın.
Hələ sizə şəhidlərə və Qarabağ əlillərinə
dövlətimizin "qayğı"sından danışmıram. Hamınız əzbər bilirsiniz. 2
əmim Qarabağ veteranı olub. Biri müharibədən yadigar qalan xəstəlikdən
dünyasını dəyişdi. Digəri isə hələ də veteranlıq vəsiqəsini ala bilmir. Rüşvət
istəyirlər.
Qısası, sabah müharibə başlasın, mən sizə açıq
deyirəm. Heç vaxt döyüşə getmərəm. Mənim həyatım nəinki Qarabağ, dünyadakı
bütün torpaqlardan dəyərlidir.